ABŞ və İsrail gizli şəkildə İranla bağlı "B planı"nı müzakirə edib

DÜNYA

23 Sentyabr 2021 | 08:10

338 dəfə oxunub

ABŞ və İsrail keçən həftə gizli şəkildə görüş keçiriblər.

REYD TASS-a istinadən xəbər verir ki, görüşdə məqsəd Vyanada İranın nüvə razılaşması ilə bağlı danışıqlar bərpa olunmayacağı təqdirdə ehtiyat planını müzakirə etmək olub. Bu barədə “Axios” portalı İsraildəki mənbələrə istinadən məlumat yayıb.Məlumata görə, Amerika-İsrail arasında gizli strateji işçi qrupu yeni İsrail hökumətinin hakimiyyətə gəlişindən sonra ilk dəfə görüşüb. Görüş videokonfrans formatında keçirilib. Agörüşdə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan və israilli həmkarı Eyal Xulata iştirak edib.

Mənbələrin bildirdiyinə görə, tərəflər İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə danışıqların dalana ilişməsindən narahat olduqlarını diqqətə çatdırıblar. Bundan başqa, onlar İranın nüvə aktivliyinin artdığını qeyd ediblər. İsrail bu məqamda detalları açıqlanmayan “B planı”na keçməyin vacibliyini vurğulayıb. Eyni zamanda, ABŞ yaxın vaxtlarda danışıqlar bərpa olunmazsa, İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

Ağ Ev rəsmisi “Axios”a bildirib ki, ABŞ İran problemi ilə bağlı bir sıra məsələlərdə İsrail hökuməti ilə məsləhətləşmələr aparır.



SON XƏBƏRLƏR

22 Oktyabr 2021
21 Oktyabr 2021
20 Oktyabr 2021
19 Oktyabr 2021